Çeşidləmə stansiyasında OĞURLUQ
BEY.AZ informasiya agentliyi xəbər verir
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Sumqayıtda əməliyyat keçiriblər.
Metbuat.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu oğurlamaq istəyən şəxs saxlaılıb.
Sadalananları S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.
Rəsmi məlumata görə, hazırda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.