Xəbərlər
Daha iki məktəb əyani tədrisə qayıdıb

BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda koronavirusa görə bağlanan 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə bey.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





