fbpx

Evli kişiyə ərə getdi, anası döyüb atdı, oğlu narkotikdən öldü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Metbuat.az kulis.az-a istinadla Əməkdar artist Nəsibə Eldarova haqqında maraqlı faktları təqdim edir.

Nəsibə Novruz qızı Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində iki il Rza Təhmasibin, sonralar isə Nəsir Sadıqzadənin kursunda təhsil alıb. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunub. Nəsibə Eldarova İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlayıb.

1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlib və orada 20 il müddətində 100-dən çox tamaşada iştirak edib. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayıb.

Rüya tabirlerini burdan oku

Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür.

***

“Yeni iş üsulu”, “Kommersiya”, “Qara Volqa”, “Yuxu”, “Bomba”, “Kişiləri qoruyun”, “Səhərə inan”, “Döngələr”, “Oğurlanmış arzular”, “Məryəm”, “İkinci güllə” adlı filmlərə çəkilib.

***

Nəsibə Eldarova iki dəfə ailə qurub. Onun birinci evliliyi Rus Dram Teatrının aktyoru Ömür Nağıyevlə olub. Bu evlilikdən aktrisanın Rüfət adlı oğlu dünyaya gəlib.

Aktrisanın anası ilə atası rəsmi nikahda olmayıblar. Anası Nəsibəyə yeddi aylıq hamilə olanda atası evinə qayıdıb. Nəsibə dünyaya gələndən sonra onu on yeddi yaşına qədər nənəsi saxlayıb. Anası onu çox incitdiyindən Nəsibə erkən ailə həyatı qurub.

***

Gənclər Teatrında çalışdığı müddətdə rejissor Hüseynağa Atakişiyev aktrisa Nəsibə Eldarova ilə sevgi məcərası yaşayır və daha sonra onunla ailə qurur. Bu evlilikdən Hüseynağa Atakişiyevin övladı olmur. Nəsibə Eldarova həmin günləri belə xatırlayır:

“Həyatımda uşaqlığımdan sonra yalnız Hüseynağa Atakişiyevlə olduğum 12 ili yaşadım. Onu mən uydurmamışdım, o, məni o qədər çox sevdi ki, axırda mən də sevdim. Çox çətin, imkansız yaşayırdıq, amma bir-birimizdən, həyatdan bezmirdik. Biz bəzən saatlarla susardıq, amma elə bil nə deyəcəyimizi, nə düşündüyümüzü duyurduq. Hüseynağa Atakişiyevlə 17 il bir yerdə işləmişik. Eyni zamanda həyatımızı paylaşmışıq. Hər rolumu oynayanda, hər anımda onun sözləri mənim yadıma düşür. O, böyük məktəb idi. Verdiyi məsləhətləri, dediyi sözləri indiyə qədər xərcləyirəm, hələ də qurtarmır”.

Aktrisanın oğlu Rüfət narkotik istifadəçisi olub. Narkotik vasitələri və ya psixotrop maddələri satmaqda təqsirli bilinərək həbs olunaraq bir il məhkumluq həyatı yaşayan Rüfət 2013-cü ilin sentyabr ayında 29 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Ancaq mətbuatda yayılan məlumatlara görə, Rüfət evdə yüksək dozada heroin qəbul edərkən vəfat edibmiş.

***

Oğlunun ölümündən bir il sonra, 2013-cü ildə isə aktrisanın birinci həyat yoldaşı Ömür Nağıyev müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edir. Rus Dram Teatrında işləyən Əməkdar artist üçün heç bir vida mərasimi təşkil olunmur. Ömür Nağıyevlə vida mərasiminin təşkil edilməməyi onu tanıyanların və yaxınlarının narazılığına səbəb olub. Onun ölümü haqqında Nəsibə Eldarovaya sual veriləndə o, belə cavab verir:

“Rəhmətə getməyinə rəhmətə gedib. Amma başqa heç nə bilmirəm. Onun haqqında məndən niyə soruşursunuz ki?! Onun öz ailəsi, arvad-uşağı var, gedin ondan soruşun”.

Aktrisa müsahibələrinin birində oğlu haqqında deyir:

“Həyat yoldaşım Hüseynağa Atakişiyevin vəfatından sonra oğlumun itkisi ilə sarsıldım. Mən hələ də onun ölümünə inana bilmirəm. 3 ildir ki, dünyasını dəyişib, amma hələ ki, mən o 3 ildəyəm. Oğul itirmək böyük dərddir, Allah heç bir valideyni övlad itkisi ilə sınağa çəkməsin. Ümumiyyətlə, çox gözəl bir ailəmiz var idi, elə bil ki, bir tufan gəldi, hər şeyi vurdu, apardı. Arxaya qalan isə daş-qalaq oldu. Artıq təkliyə alışmışam”.

2014-cü ildə aktrisa ilə anası arasında ciddi problemlər yaranır. Belə ki, Nəsibə xanım doğma anası ilə münasibətlərinin pozulmasından sonra səkkiz il yaşadığı evi tərk etməyə məcbur olur. Bu barədə o, müsahibələrinin birində deyir:

“Anamla heç vaxt yaxın münasibətimiz olmayıb. Həmişə ondan çəkinmişəm, qorxmuşam. Çünki hikkəli adam idi. Uşaqlıqda məni çox döyüb. İki dəfə qolumu çıxardıb. Oğluma sakitlik, dəstək lazım idi. Ona dəstək olmalıydım. Amma evdə çox pis vəziyyət yaranmışdı. Uşağıma yemək verə bilmirdim. İcazə vermirdi. Oğluma yemək verəndə deyinirdi ki, yetimçəni yedirdirsən, mənim hesabıma yeyib enlənirsiniz. Sakit yaşamağa imkan vermirdi, nalayiq sözlər işlədirdi. Bu gün mənə “qızım” deyən ana məni heç vaxt saxlamayıb. O, mənə valideyin gözü ilə baxa bilmir. Nə vaxtsa məni doğub atıb anasının üstünə və çıxıb gedib. Əlim pula çatanda yadına düşmüşəm. Hamı bilir ki, mən ondan nələr çəkmişəm. Oğlum da onun ucbatından dünyasını dəyişib. Oğlumu dəli edən o oldu. Eləcə də mən psixoloji vəziyyətdəyəm. Oğlumun 40 mərasimi çıxmamış üstümə dirəndi ki, evi sat. Onun vecinə deyil ki, mən 28 yaşında oğul itirdim. Deyir ki, əcəb olub oğlun ölüb. Mən bu qadınla bir evdə necə yaşayım? Sizə bir faktı deyim. Mən ilk dəfə ailə quranda da gəlib dava salırdı. Bəli, gəlib dava salırdı. Daim mənim haqqımda oğluma tərbiyəsiz sözlər deyirdi ki, anan belədir, anan elədir. Dəfələrlə mağazaya girib görmüşəm ki, camaatı başına yığıb, mənim haqqımda ağzına gələni danışır. Məni əxlaqsız adlandırır. Ona görə işdə üstümə təcili yardım gəlib. Həkim mənə deyib ki, bacardığın qədər ondan uzaq ol. Evdən çıxmazdan iki gün əvvəl özümü yandırmaq istəyirdim. Siqaret çəkməyimə qarşı idi. Onu da atırdım ki, mənimlə danışmasın, əsəbləşməyim. Onun xasiyyəti elədir ki, məni nəyisə etməyə məcbur edirdi. Deyirdi ki, mənə filan qədər pul verməlisən. Gedib bankdan götürüb verirdim. Oğlum sağ idi, dözürdüm, daha dözə bilmirəm”.

Aktrisanın anası Səfurə Eldarova isə efirlərə çıxaraq qızını onu tək qoyub getməkdə, yaşadığı mənzili onun adına keçirməsini tələb etməkdə, hətta onu dəlixanaya saldırmaqda günahlandırır:

“Evi onun yanında satdımsa da pulu görmədim, pulu özü görüb. Sonra gedib öz adına bir ev alıb. Mən danışanda deyir ki, evin var? Varsa göstər sənədləri. Məni dəlixanaya göndərirdi”.

Hazırda Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərən Nəsibə Eldarova tamaşalarla yanaşı, seriallarda da iştirak edir. Mətbuatdan uzaq qalmağa çalışan aktrisa bu məsələyə belə aydınlıq gətirir:

“Jurnalistlər çox vaxt mənim şəxsi həyatımla bağlı suallar verirlər. Şəxsi həyatım da zəngin hadisələrlə bağlı olduğuna görə mən bu barədə danışmaq istəmirəm. İnsan müəyyən yaş dövründə keçirdiyi stresslər, qazandığı təcrübələrdən yola çıxaraq elə bir məqama gəlib çatır ki, onda susmaq danışmaqdan daha dəyərli olur. Mən yalan danışa bilmirəm, həmişə sözün düzünü deyirəm. Əlbəttə ki, həyatda peşman olduğum məqamlar var. Elədiyim elə böyük səhvlər var ki, düşünürəm, mən onları etməsəyim həyatım başqa axarla gedərdi. Amma buna zəmanət vermək olar? Olmaz, mümkün deyil. Deməli, qismət beləymiş. Bu səhvləri edə-edə mən doğruları anlamışam. Bütün bu mərhələlərdən keçməsəydim mən mən olmazdım. Həyatımda olan pis, yaxşı – hər şey mənimdir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu