Azərbaycan neftinin qiyməti 98 dolları ötdü
BEY.AZ informasiya agentliyi xəbər verir
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 10-da 98,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.
Metbuat.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 97,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.