Azərbaycanda “Elektron möhür” tətbiq olunacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda “Elektron möhür”ün tətbiqini planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə nazirliyə məxsus “AzInTelecom” MMC-nin kommersiya direktoru Ruslan Əliyev məlumat verib.
O, bu barədə yeni nəsil rəqəmsal imzanın (SIMA) təqdimat mərasimində danışıb. Şirkət rəsmisi həmçinin bildirir ki, SİMA vasitəsilə vətəndaşlar istədikləri vaxt banka müraciət edə biləcəklər: “Bilirsiniz ki, bu gün insanlar banka fiziki olaraq yalnız iş vaxtlarında müraciət edə bilirlər. Amma SİMA ilə günün istənilən saatında banklara sorğu verə bilərlər və 24 saat ərzində müvafiq cavab ala bilərlər. Gələcəkdə isə yeni nəsil rəqəmsal imza vasitəsilə bank kartı olmadan ödəniş etmək imkanı da tətbiq ediləcək”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.