fbpx

Paşinyan sülh istəyir, amma şərtlərə əməl etmir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəməyəcək”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli deyib. Onun şərhinə görə, Ermənistan hökuməti bu çıxışla heç bir nəzarət mexanizminə malik olmadığını ortaya qoyur və bu cümlədən belə başa düşülür ki, Kəlbəcər ərazisində 300 kilomterlik sərhədd üzərində heç də atəşkəs pozulmur, əsas haqq-hesab minlərlə kilometrlik maraqların həllinə aiddir. Siyasi şərhçi bir məqamı da vurğuladı ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv Le Drianın telefon danışığında Qarabağ məsələsi müzakirə olunub. Onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsindən irəli gələn və ya onunla bağlı məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etmək üzrə davam edən səylərini müzakirə ediblər.

“Ermənistanın 45 minlik ordusu var və əsgəri gücünün təxminən 10 faizini bu bölgədə cəmləşdirməlidir. Toqquşmaların əsas səbəbi demarkasiya göstərilsə də, əsas məsələnin bu olmadığı düşüncəsindəyəm. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlamentin iclasında deyib ki, Azərbaycanla sülh sazişi imzalamağı və Türkiyə ilə diplomatik əlaqələr qurmağı hədəfləyir. Paşinyan özü də qeyd edir ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması üçün “danışıqlara hazır”dır. Azərbaycanda isə hesab edirlər ki, delimitasiya və demarkasiya həll olunmadan sülh müqaviləsini imzalaya bilmərik. Qarabağda açılması planlaşdırılan dəmir yolunun da qanuni qeydiyyatdan keçməli olduğunu bildirən Ermənistanın baş naziri Bakıdan müsbət cavab alınacağı təqdirdə magistral yollarda abadlıq və tikinti işlərinə hazır olduqlarını da qeyd edib. Bakının bu mövzuda İrəvana cavab vernəməsinin səbəbi Ermənistanın eyni qaydada Türkiyə və Azərbaycanla bağlayacağı müqavilələrdə öhdəliklərdən qaçması və erməni soyqırımı iddiaları ilə qonşu ölkələrin ərazilərinə göz dikmək iddialarıdır”.

Rüya tabirlerini burdan oku

Əziz Əlibəyli onu da bildirdi ki, ikinci Qarabağ müharibəsi dövründəki müraciətlər cavabsız qalmaqla yanaşı, müharibədə məğlub olan Ermənistan bu faktordan istifadəni yalnız müharibədən keçən 15 ayda ilk dəfə istifadə etməyə yaxın oldu. Siyasi şərhçi deyir ki, KTMT üzvü və cari sədrlik səlahiyyətini icra edən tərəf kimi Ermənistan bu addımla da Qazaxıstandakı hadisələrin qarşısını almaq, aksiyaları yatırmaq adı altında “canfəşanlıq” nümayiş etdirdi.

“Həmin vaxt Paşinyanın ağlına gəldi ki, KTMT rəhbəri kimi orduları bu dəfə Göyçəyə salaraq Azərbaycana qarşı Kəlbəcərdə “sürpriz” etsin. Şübhəsiz ki, bu, metod hələ ki, Nikolun masasında olsa da, artıq bir aydır ki, ortada nəticə yoxdur. İndi Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyanın Qarabağa KTMT-ni çağırmayacağıq ifadəsinin altında isə iki məqam dayanır. Birincisi Arsenyan düşünür ki, Ermənistanda vəziyyət kifayət qədər ağırdır, lakin Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır, ikinci məsələ odur ki, Ermənistan Azərbaycanla sərhəddə atışmalara görə KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək. Çox maraqlıdır, sərhəddə ağır məğlubiyyəti aparıb, daxili gərginliyə bağlamaq və əslində məsuliyyəti əhalinin üstünə, rəqiblərə, müxalifətə, Azərbaycana, KTMT-a yükləmək çox maraqlı və həyasız bir gedişdir. Fitili çəkilmiş bombaya bənzər ölkəni həqiqətən də ram etmək mümkün olmaya bilər. Dəfələrlə Rusiyanın qapısını döyməklə qalmayan İrəvan bunun üçün Gəncəni Göyçədəki raketlərdən vururdu ki, Azərbaycan Qarabağdan çıxsın və ordularını Ermənistanın daxili ərazilərinə yönəltsin, bununla da KTMT-nin müdaxiləsinə təbii presedent yaratsın. Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətlə bağlı dedikləri ilə cavab versək sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir. Zas bildirmişdi ki, onlar noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirlər. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır”.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu