fbpx

Pişiyi təpikləyən futbolçu həbs oluna bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


İngiltərənin “Vest Hem” klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəməyə verilib.

Metbuat.az “The Independent” nəşrinə istinadən məlumatına görə, buna 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Məhkəməyə müraciət edənlər heyvanların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış “La Fondation 30 Millions d Amis” (30 milyon Dostlar Fondu) təşkilatının hüquqşünaslarıdır.

2021-ci ildə Fransada heyvan hüquqları ilə bağlı yeni qanunlar qəbul edilib. Pişiyə qarşı vəhşiliyə görə oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.

Fransa qanunları vətəndaşı xaricdə törətdiyi cinayətə görə mühakimə etməyə imkan verir.

Qeyd edək ki, Kurt Zuma cari mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub. Onun sözləşməsi 2025-ci ildə başa çatacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin