fbpx

Ağsuda sələmçi qardaşlar bıçaqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağsu rayonunda sələmçi qardaşlar bıçaqlanıb.

Metbuat.az-ın məlumatına görə, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və Orxan Fazilzadə qardaşları sələmə verdikləri pula görə Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə, Alı Nəcəfli ilə aralarına mühahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadənin ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarəti yetirib.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin