fbpx

Kiev mümkün fövqəladə vəziyyətə hazırlaşır…

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynanın paytaxtı Kiev mümkün fövqəladə vəziyyət rejiminə hazırlaşır.

Metbuat.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko açıqlayıb.

Onun sözlərinə görə, paytaxtın kritik və sosial infrastruktur obyektləri mümkün fövqəladə vəziyyət şərtlərində işləməyə dair hazırlıq rejimində çalışır.

Kliçko qeyd edib ki, hakimiyyətin səyləri mümkün təxribatların qarşısını almağa və ya aradan qaldırmağa, eləcə də mümkün hərbi hücum şərtlərində tab gətirməyə yönəlib.

Bununla yanaşı, şəhər rəhbərliyi tərəfindən yanacaq ehtiyatları yaradılıb və elektrik generatorları quraşdırılıb. Həmçinin, paytaxtda təxliyə üçün xüsusi komissiyalar yaradılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin