fbpx

“Azeri Warrior”​ ləqəbli Hüseyn Əliyev “UFC”də Azərbaycanı təmsil etmək şansı qazandı

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-da yaşayan həmyerlimiz Hüseyn Əliyev “UFC” düşmək üçün növbəti qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, “Azeri Warrior” ləqəbli azərbaycanlı idman ustası müvəqqəti kəmər uğrunda döyüşdə rəqibi Andres Quintananı məğlub edərək adını tarixə yazdırıb. 13-4 peşəkar döyüş tarixçəsinə sahib Hüseyn Əliyev bu gün Texas ştatının Hyuston şəhərində keçirilən “Fury FC 57 – UFC Fight Pass” turnirində gecənin döyüşünə çıxıb. O, 65 kiloqram çəki dərəcəsində Andres Quintanaya (19-4) qarşı müvəqqəti çempionluq kəməri üzrə döyüşün 5 raundunun nəticəsində hakimlərin yekdilli qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan edilib. Bununla da, o, “UFC”də Azərbaycanı təmsil etmək şansı əldə edib.

Qeyd edək ki, həmyerlimiz Amerikanın Kaliforniya ştatında yerləşən AKA zalında məşq edir. Bu zal məşhur məşqçi “Javier Mendezin”dir. Bir çox çempionlar yetişdirən zalın ən məhşur döyüşçülərdən biri də “Khabib Nurmagomedov”dur. Məlumat üçün bildirək ki, Hüseyn Əliyev barəsində “Javier Mendez” və “Khabib Nurmagomedov” da müsahibələrində çox yaxşı fikirlər bildiriblər.

Keçən ilin sentyabrında 32 yaşlı Əliyev UFC-yə vəsiqə qazanmaq uğrunda Hyustonda keçirdiyi döyüşdə “Cameron Graves” qarşılaşıb. Hüseyn “Fury FC”nin keçmiş yüngül çəki çempionu “Cameron Graves” üzərində qərarlı qələbə qazanaraq ottaqona çıxmağa peşman edib. Belə ki, xeyli sayda azərbaycanlının da izlədiyi mübarizədə idmançımız böyük hesablı qələbəyə sevinib – 3:0.

https://www.youtube.com/watch?v=3si7colVFeQ

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin