fbpx

Azərbaycan Qran-prisinin başlama saatı dəyişdi

BEY.AZ informasiya agentliyi xəbər verir


2022-ci il Formula 1 üzrə Azərbaycan Qran-prisi iyunun 12-də saat 15:00-da başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında bildirilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 10-12-də keçiriləcək.

İyunun 10-da saat 15:00 və 18:00-da iki sərbəst yürüş mərhələsi baş tutacaq.

Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da təsnifat mərhələsi olacaq.

Xatırladaq ki, Formula 1-in builki mövsümü rekorda sayda, 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin