fbpx

Ərdoğanın müşaviri Vahabzadədən danışdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bəxtiyar Vahabzadə təkcə bir şair deyildi. O, həm böyük mütəfəkkir, universitet professoru, həm də prinsipial siyasət xadimi idi.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Trend-ə açıqlamasında deyib.

Y.Topçunun sözlərinə görə, Bakı Dövlət Universitetində türk ədəbiyyatını tədris edən B.Vahabzadə minlərlə qazax, qırğız, özbək, türkmən gənclərinə türk ədəbiyyatını, türk mədəniyyətini və türk dilini sevdirib:

“O, türkdilli dövlətləri bir-birindən ayrı salacağı üçün türk dillərinə xarici sözlərin daxil edilməsinə həmişə qarşı çıxıb. Hər zaman türk birliyini müdafə edən şair Türkiyəni ikinci vətən hesab edir, türk xalqını “Bir ananın iki oğlu” adlandırırdı”.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə vəfat edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin