Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Metbuat.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları müəyənləşib.
1/4 finalın son matçında “Zirə” klubu “Səbail”in qonağı olub. “ASCO Arena”dakı qarşılaşma “qartallar”ın inamlı qələbəsi ilə başa çatıb – 3:1.
Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. 21-ci dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib. 39-cu dəqiqədə Təmkin Xəlilzadə penaltidən fərqlənməklə qonaqları önə keçirib. Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi 73-cü dəqiqədə əla zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış “Zirə” iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.