fbpx

Alimlər koronavirusun növbəti təhlükəli ştamı barədə xəbərdarlıq ediblər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Britaniya alimləri hesab edirlər ki, koronavirusun növbəti ştammı əvvəlki versiyalardan daha təhlükəli ola bilər.

Metbuat.az-ın məlumatına görə, bu barədə The Guardian” yazır.

Edinburq Universitetinin epidemioloq professoru Mark Vulhaus bildirib ki, “omikron” ştamı COVID-19-un fərqli geneoloji qoludur və “delta” ilə birbaşa bağlı deyil. Bu vəziyyətlə əlaqədar olaraq, yeni ştamın haradan gələcəyi və sonda hansı xüsusiyyətlərə sahib olacağı da tam aydın deyil.

Rüya tabirlerini burdan oku

“Bu, daha çox və ya daha az patogen ola bilər. “Omikron”dan sonra daha çox ştam olacaq və onlar daha yoluxucu olsalar, üstünlük təşkil edəcəklər. Onlar daha ölümcül ola və ya daha ciddi mənfi təsir göstərə bilər”, – mütəxəssis vurğulayıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 402 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda yoluxma sayı 402 milyondan çoxdur. Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ (76 milyondan çox), Hindistan (42 milyondan çox) və Braziliyada (26 milyondan çox) qeydə alınıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu