İstirahət mərkəzində qətl törədən kriminal avtoritetə HÖKM OXUNDU
BEY.AZ informasiya agentliyi xəbər verir
Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Metbuat.az– “Report”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İ.Muxtarova 19 il iş istəmişdi.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, “İnterpol” xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, “Vəziyyət İbrahim” kimi tanınır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.