Bakıda 30 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi açılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda 30 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Metbuat.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 13-ü saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin aralarında baş vermiş mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirmiş, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.