fbpx

Ovladığı kirpinin ətini 100 manata satmaq istəyən şəxs saxlanılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Goranboy rayon sakini Rəsul Məhərrəmov qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini 100 manata satmaq istəyən zaman saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şöbədə onunla profilaktiki söhbət aparılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu