fbpx

ÜST: “Pandemiyanın bitməsi xəbərləri yalandır”

BEY.AZ informasiya agentliyi xəbər verir


Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının “Omikron” ştamından sonra bitəcəyi xəbərlərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, “omikron”un ölümcül olmaması epidemiyanın bitməsi anlamına gəlmir. O qeyd edib ki, peyvənd olmadan epidemiyanın nəzarət altına alınması mümkünsüzdür. ÜST rəsmisi bu səbəbdən bütün ölkələri peyvəndlə bağlı dəstəyə çağırıb.

Xatırladaq ki, dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 413 480 802 nəfərə çatıb. Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 826 378 nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

Gülər Seymurqızı




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin