fbpx

Depuat AQTA-nı tənqid etdi: “Sahibkarların başına oyun gətirir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Deputat Tahir Kərimli qaz təchizatı ilə bağlı İnzibatı Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin bugünkü plenar iclasında çıxış edərkən deyib:

“Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual veririk, deyirlər ki, dövlətin gücü buna çatır. Amma cərimələr 300-400% artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? Bu layihələr qurumlar tərəfindən hazırlanır, Prezident Administrasiyasına göndərilir, biz də onu təsdiqləyirik. Oluruq pis adam. Qaza qarışdırıb bizə hava satırlar. Buna görə mənim xalqıma cərimə tətbiq edəcəklər? Ay hökumət, niyə parlamenti pis vəziyyətdə qoyursunuz? Niyə bu layihəni irəli sürürsünüz? Normativ hüquqi aktlarda publik hüquqi şəxslərin cərimə edilməsinə rast gəlmədim. Bu publik hüquqi şəxslər ancaq cərimə etməklə məşğul olacaq?! AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edir, sahibkarların başına oyun gətirir. Bu qədər cərimə olar? Prezidentdən xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin. Neftin qiyməti 100 dollara çatıb. Cərimə hesabına büdcəni doldurmaq lazım deyil. Publik hüquqi şəxsləri cərimə hesabına niyə saxlayaq?”

Rüya tabirlerini burdan oku






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu