Nə gələn həftə, nə də gələn ay eskalasiya gözlənilmir
BEY.AZ informasiya agentliyi xəbər verir
Fevralın 16-da səhər saat 3:00-da Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı məqalə yazan İngiltərənin “The Sun” qəzeti hücum baş vermədikdən sonra mətni yenidən yazıb.
Metbuat.az xəbər verir ki, indi deyilən vaxt əvəzinə gecənin insidentsiz keçdiyini bildirir.
Məqalənin yeni başlığında deyilir: “ABŞ kəşfiyyatı bildirir ki, Rusiya istənilən vaxt kütləvi raket zərbəsi və 200 min əsgəri ilə Ukraynanı işğal etməyə hazırdır”. Amma redaktə edilmiş mətnin özündə deyilir ki, ” insanların hava hücumuna hazırlaşdığı Kiyevin üzərindəki soyuq aydın səma səssiz qaldı”.
Fevralın 12-də ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiya fevralın 16-nı Ukraynaya “işğal”ın başlayacağı gün təyin edib. Daha sonra Britaniyanın “The Sun” qəzeti öz materialında Rusiyanın Ukraynaya iddia edilən işğalının dəqiq vaxtını və tarixini açıqlayıb. Tammiqyaslı əməliyyat, nəşrə görə, fevralın 16-da Moskva vaxtı ilə saat 4:00-da (Kiyev vaxtı ilə 3:00) başlamalıdır.
Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Vladimir Çijov Almaniyanın “WELT” telekanalına müsahibəsində bu iddiaları təkzib edib . “Sizi əmin edə bilərəm ki, bu çərşənbə günü heç bir hücum olmayacaq. Nə gələn həftə, nə gələn həftə, nə də gələn ay eskalasiya gözlənilmir. Avropada müharibələr nadir hallarda çərşənbə günü başlayır”, – Çijov belə deyib.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.