Yollarda su ötürücü qurğusunun dəmir barmaqlığını oğurlayanlar saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, paytaxtın Binəqədi və Bakı şəhərinin müxtəlif rayonlarında avtomobil yollarında quraşdırılan su ötürücü avadanlıqların dəmir barmaqlıqları naməlum şəraitdə oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur Əhmədov saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisindəki yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurladıqları müəyyən edilib. Saxlanılan zaman onlardan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkar edilib.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Təvəkkül Nuriyev və Seymur Əhmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.