fbpx

Ötən ay dəm qazından 30 nəfər zəhərlənib

BEY.AZ informasiya agentliyi xəbər verir


Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət daxil olub.

Mərkəzin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb.

Müraciət edənlərin hər birinə tibbi yardım göstərilərək evə buraxılıblar.

Qeyd olunub ki, dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.
Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin