Prezidentin yeni təyin etdiyi 3 icra başçısı kimdir?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Elxan Oqtay oğlu İbrahimov isə Kürdəmir Rayon İcra Hakimiyyətinə başçı təyin ediliblər.
Metbuat.az xəbər verir ki, Elgin Abdullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.
Coşqun Cəbrayılova Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Elxan İbrahimov yeni təyinatadək Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı.
O daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub. Məlumata görə, Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır. Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.
Ailəlidir, 3 övladı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.