Bir gündə 2 milyona yaxın yoluxma qeydə alınıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində iki milyon nəfərə yaxın olub.
Metbuat.az “worldometers.info” saytına istinadən xəbər verir ki, ötən sutka ərzində 1 milyon 936 min 626 nəfər yeni koronavirusa yoluxub, 10 min 454 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 421 milyon 956 min 551, ölənlər isə 5 milyon 892 min 201 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (206 min 37 nəfər) Almaniyada və bu xəstəlikdən ölüm faktı (2070 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (80 milyon), Hindistan (42,8 milyon), Braziliya (28 milyon), Fransa (22,1 milyon), Böyük Britaniya (18,5 milyon), Rusiya (15 milyon), Almaniya (13,3 milyon) və Türkiyədə (13,3 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.