fbpx

Donetskdə çoxsaylı partlayışlar eşidilib – 700 min qaçqın təxliyyə ediləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya ilə Ukrayna arasında gərginliklə bağlı bəyanatlar gəlməkdə davam edir.

Metbuat.az xəbər verir ki, “Reuters”in son məlumatına görə, şahidlər Donetsk şəhərində çoxsaylı partlayış səslərinin eşidildiyini bildiriblər.

Məlumata görə, Ukraynanın şərqində rusiyapərəst separatçıların cəmləşdiyi Donbas bölgəsində (Donetsk və Luqansk) dinc əhalinin təxliyəsi ilə bağlı görüntülər Rusiya mətbuatında dərc olunub. Partlayışdan sonra mülki şəxslərin təxliyyəsinə başlanıldığı bildirilib. Son xəbərlərə görə, 700 min insan Rusiyaya təxliyə olunacaq. Rusiyanın fövqəladə hallar üzrə məsul nazirinin də bölgəyə getdiyi açıqlanıb. Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin Donbasdan Rusiyanın cənubuna gələn “qaçqınlar”a sığınacaq və ərzaq yardımı verilməsi barədə göstəriş verib.

Lakin hələlik bölgədə kütləvi yerdəyişmə əlaməti yoxdur. Baş verənlərlər bağlı “BBC” nin məlumatına görə, Qərb dövlətləri iddia edir ki, Rusiya saxta böhran yaratmaqla Ukraynaya təcavüzü üçün bəhanə tapmağa çalışır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin