NATO Kiyevdəki ofisini bağlayır
BEY.AZ informasiya agentliyi xəbər verir
NATO Ukrayna paytaxtındakı ofisini müvəqqəti bağlayıb, heyətini Brüssel və Lvova köçürür.
Metbuat.az xəbər verir ki, bu barədə Norveçin “Verdens Gang” qəzeti alyansın nümayəndəsinə istinadən məlumat yayıb.
“NATO və onun üzvü olan ölkələr vəziyyəti çox diqqətlə izləyir və təhlil edir. Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir, ona görə də ofis indi Lvov və Brüsselə köçürülüb”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.