Bu şəxslərin “omikron”a yoluxma riski yüksəkdir
![](https://i0.wp.com/bey.az/wp-content/uploads/2022/02/1431206.jpg?fit=1066%2C600&ssl=1)
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünyanın qabaqcıl tibb jurnallarından “The New England Journal of Medicine”də dərc edilən araşdırmada bildirilib ki, COVID-19-a yoluxanlarda yaranan immun reaksiyanın “omikron” variantına qarşı effektiv qoruyuculuğu yoxdur.
Metbuat.az xəbər verir ki, bu insanların “omikron” variantına yoluxma riskinin güclü olduğu deyilir.
Qətərdə COVID-19 xəstələri üzərində aparılan araşdırmada məlum olub ki, bu insanların immuniteti “omikron” variantına qarşı 56% qoruyuculuq təmin edir.
Digər tərəfdən, COVID-19 keçirən insanların “alfa” variantına qarşı qoruyuculuğunun 90,2%, “beta” variantına qarşı 85,7%, “delta” variantına qarşı isə 92% olduğu qeyd edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.