Makron Putin və Zelenski ilə telefonla danışdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.
Məlumata əsasən, E.Makron V.Putinlə bir saat qırx beş dəqiqə danışıb. Qeyd olunub ki, dövlət başçıları “Ukraynada böyük münaqişənin qarşısını almaq üçün mümkün və zəruri səyləri” müzakirə ediblər.
Fransa Prezidentinin V.Zelenski ilə söhbət yarım saat davam edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.