fbpx

Bakıda ana və iki övladını qətlə yetirən Əhəd KİMDİR?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda ana və onun övladlarını qətlə yetirən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

Metbuat.az Report-a istinasdən xəbər verir ki, məktəb bu fakt təsdiqləyib. Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb:

“O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.

Rüya tabirlerini burdan oku

Vurğulanıb ki, Əhəd Əliyevin fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub:

“Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi”.

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıbv.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu