fbpx

“Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” adlı layihəyə start verilib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi 01.02.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” adlı layihəyə start verib.

Layihə ilə bağlı Metbuat.az-a verilən məlumatda bildirilir ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bu gün multikulturalizm siyasəti Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə multikultural dövlət kimi tanınır. Respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və hüquqi-normativ aktlarla təmin olunur. Müxtəlif etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada əmin-amanlıq içərisində yaşayırlar. Belə bir layihənin həyata keçirilməsi və icimailəşdirilməsi ilə azsaylı xalqların mədəniyyətinin müxtəlifliyinə qarşı olan isti münasibətin diqqət mərkəzində olduğunu sübut etmiş olacağıq.
Layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq onun öyrənilməsini və təbliğini təşkil etməkdən ibarətdir. Üç ay davam edəcək layihə çərçivəsində ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyəti ilə əlaqədar ərazilər üzrə araşdırmalar aparılacaq. Hər rayondan 30 nəfər olmaqla 4 rayonda – Qax, İsmayıllı, QubaLənkəranda əhali qrupu ilə mənsub olduqları mədəniyyətlə bağlı fərdi müsahibələr təşkil ediləcək. İştirakçıların maarifləndirilməsi məqsədilə çap məhsulları ( buklet, banner və s.) hazırlanacaq. Hər rayonda 1 günlük hər bir azsaylı xalqın mədəniyyətləri barəsində məlumatlandırıcı seminar təşkil olunacaq. Daha sonra hər rayonda orada yaşayan azsaylı xalqların mədəni irsinə aid olan əl işləri, sənət nümunələrinə, mətbəxinə aid olan işlərin 1 günlük sərgisi təşkil ediləcək. Layihənin icrası ilə bağlı mətbuatda və sosial şəbəkələrdə layihə barəsində mütəmadi məlumatlar paylaşılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin