Çempionlar Liqasının final oyunu Rusiyadan alına bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alına bilər.
Metbuat.az “Daily Star”a istinadən xəbər verir ki, UEFA bu barədə qərarını yenidən gözdən keçirəcək. Buna səbəb son günlər Rusiya ilə Ukrayna arasındakı gərginlikdir.
Məlumata görə, ingilis komandası finala vəsiqə qazanarsa, qarşılaşma Londonda yerləşən “Uembli” stadionunda keçirilə bilər.
Qeyd edək ki, cari mövsümün final oyunu mayın 28-də baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.