fbpx

Azərbaycan Yüksək Liqası növbəti turların proqramı açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, fevralın 23-də VII turun matçları keçiriləcək.

Tura saat 15:00-da başlayacaq “Neftçi” – MOİK qarşılaşması ilə start veriləcək. Ardınca “Ekspress” – “Murov” görüşü baş tutacaq.

Fevralın 27-də isə VIII turda ilk olaraq, meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan sonra MOİK – “Ekspress” duelinə start veriləcək.

Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin