fbpx

“Azərbaycan-Qətər enerji əməkdaşlığının qurulması üçün münasib vaxtdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri, “Qatar Energy” şirkətinin prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, görüşdə qlobal qaz bazarında inkişaf meyilləri, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.

Azərbaycanın ənənəvi və bərpa olunan enerji potensialı, qaz ixrac infrastrukturu və hədəfləri barədə məlumat verən P. Şahbazov bildirib ki, Azərbaycan-Qətər enerji əməkdaşlığının qurulması üçün münasib vaxtdır.

Nazir bu istiqamətdə “Nebras Power” şirkəti ilə qaz-turbin, eləcə də külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığa başlandığını qeyd edib. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək enerji potensialı da enerji əməkdaşlığı üçün perspektiv istiqamət kimi diqqətə çatdırılıb.

Söhbət zamanı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün təmasların davam etdirilməsi razılaşdırılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin