Türkiyə Rusiyaya sanksiya tətbiq edəcək?
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, jurnalistin “Türkiyə Rusiyaya qarşı sanksiya tətbiq edərmi?”sualına, Ərdoğan belə cavab verib:
“İstəyirik ki, Qaradəniz qonşumuz Rusiya və Ukrayna tezliklə danışıqlara başlasın. İki dövlətdən də vaz keçməyimiz mümkün deyil. Rusiya ilə həm iqtisadi həm siyasi həm də hərbi əlaqələrimiz var. Ukrayna ilə də eyni formada əlaqələrimiz var. Nə Rusiyadan nə də Ukraynadan vaz keçə bilərik. Çünki, Türkiyənin bu ölkələrlə maraqları böyükdür”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.