Azərbaycanda vəzifəli şəxsin qardaşı tanışını GÜLLƏLƏDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
İmişli rayonunda güllələnmə hadisəsi baş verib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə özünə məxsus ov tüfəngi ilə rayonun Sərxanlı kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, hadisəni törədən Xalid İbrahimov Bəhrəmtəpə qəsəbə Bələdiyəsinini sədri İman İbrahimovun qardaşıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.