“Qarabağ” “Marsel”lə cavab oyununa çıxacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq. Matçın baş hakimi polşalı Bartoş Frankovski olacaq.
“Qarabağ”da Xayme Romero və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən meydana çıxa bilməyəcək. Qonaqların heyətində isə itki yoxdur.
Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu
24 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa)
Tofiq Bəhramov adına Respublika stadionu
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.