fbpx

Zelenski orduya ƏMR VERDİ: Layiqli cavab verilsin

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident Volodimir Zelenski Silahlı Qüvvələrə Rusiya ordusunun maksimum itki verməyinə şərait yaratmaq üçün əmr edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Bu gün, fevralın 24-də saat 05:00-da Rusiya Federasiyasının silahlı qüvvələri şərqdəki bölmələrimizi intensiv atəşə tutmağa başlayıb, Borispol, Ozernı, Kulbakin, Çuqev, Kramatorsk, Çernobaevka, eləcə də aerodromlara raket-bombalı hücumlar həyata keçirilib. RF Silahlı Qüvvələri Ukraynanın dövlət sərhədi boyunca və müvəqqəti işğal olunmuş Krım ərazisi ilə sərhəddə ərazi və yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, düşmənin sərhədi keçmək cəhdlərinə layiqli cavab verin” deyə açıqlamada bildirilib.

Məlumatda o da qeyd olunur ki, “vəziyyət nəzarət altındadır. Rusiya qoşunları da itki verir”.

Bildirilir ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus 5 təyyarə və 2 helikopter vurulub, 2 tank vurulub, RF Silahlı Qüvvələrinin bir neçə yük maşını məhv edilib.

Qeyd edək ki, fevralın 24-də səhər saat 5:00-da Rusiya silahlı qüvvələri Ukraynanın şərqində Ukrayna Silahlı Qüvvələrini intensiv atəşə tutmağa başlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin