fbpx

Bakıda şirkət binasının çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda binanın çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin