fbpx

DİN parklanma ilə bağlı məsələlərə münasibət bildirib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) parklanma ilə bağlı məsələlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir:

“Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır. Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.

Rüya tabirlerini burdan oku

Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu