fbpx

​İtaliyada Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xocalı soyqırımının 30-cu ildönümünün anılması çərçivəsində Roma şəhərinin Piazza Spagna Tədbirlər Konqres Mərkəzində “Ağrı” bədii-musiqili tamaşasının nümayişi olub. Arye və Əmir Qutun həmmüəllifi olduqları, 2018-ci ildə İtaliyada “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən nəşr edilmiş və həmin il İtaliya Senatının Kitabxanasında təqdim edilmiş eyni adlı romanın motivləri əsasında səhnələşdirilmiş “Ağrı” tamaşasının ssenari müəllifi italyan yazıçı Klaudia Di Domenikodur. İdeya müəllifi və bədii rəhbəri tanınmış italyan musiqiçisi, maestro Pierluici Rucciero və musiqilərin müəllifi bəstəkar, pianoçu Luciano Di Ciandomeniko olan bədii-musiqili tamaşada italyan aktyorlar Edoardo Oliva və Silvia Palma, musiqiçilər Dana Stanku (skripka), Alfonso Ciankaterina (klarnet), Pierluici Rucciero (violonçel), Luciano Di Ciandomenico (piano) iştirak edib, xoreoqrafiya elementləri Katerina Ambrosio tərəfindən ifa edilib.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən Metbuat.az-a verilən məlumata görə, tamaşanın çox təsirli süjet xətti iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş günahsız insanların qətliamının dəhşətlərini, acılarını hiss etmək imkanı yaradıb. Musiqi və sözlərin ahəngi, orijinal videoların və səssiz kadrların görüntüsü ilə o dəhşətli gecənin səssiz hekayəsi, sağ qalanların tükürpədici xatirələri, hətta qurbanların belə itirilmiş səslərini bir daha eşitdirmək imkanı verən tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Səhnə və tamaşaçılar arasında ahəngli şəkildə Xocalı soyqırımının şəhidlərinin xatirəsinə şamların yandırılmasından ibarət final səhnəsi olduqca təsirli vizual effektlə yanaşı, iştirakçılarda dərin təəssüratlar yaradıb.

Tamaşanın sonunda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tamaşanın ssenarisi və rejissorluğuna görə Klaudiya Di Domenikoya, ideya müəllifi və bədii rəhbərliyə görə Pierluici Ruccieroya, bəstəkarlığa görə Luciano Di Giandomenikoya, eləcə də bütün musiqiçi və aktyor heyətinə təşəkkürünü bildirib. Tamaşanın ərsəyə gəlməsi tarixi barədə məlumat verən M.Əhmədzadə, bu xüsusda, habelə “Ağrı” romanının həmmüəlliflərindən biri Arye Qutun iştirakı ilə 2018-ci ildə İtaliya Senatının kitabxanasında həmin romanın təqdimatı mərasimini xatırladıb, A.Qutun salamlarını tədbir iştirakçılarına çatdırıb.

Rüya tabirlerini burdan oku

Çıxışında Xocalı soyqırımının ağır nəticələrini xatırladan diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində son illərdə İtaliyada görülmüş işlər barədə məlumat verib və İtaliyada Xocalı həqiqətlərinin yayılmasına dəstək göstərmiş hər kəsə təşəkkürünü bildirib. Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bölgədə sülhün bərqərar olmasına şərait yarandığını deyən diplomat bunun üçün Ermənistanın 30 illik inkardan sonra Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməli və faciə qurbanlarından üzr istəməli olduğunu bildirib. Xocalıda baş verənlərə münasibətdə biganəliyin və cəzasızlığın yeni faciələrə yol açmasına gətirib çıxara biləcəyini və buna imkan verməmək üçün bu dəhşətli faciənin 30-cu ildönümü günündə Xocalıya ədalət tələb edən səslərin daha da ucalmasının vacibliyini bildirib. Diplomat əlavə edib ki, bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsi və bu qətliamı soyqırımı kimi tanıması mühüm əhəmiyyət kəsb edir və bu, bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan Xocalı faciəsinə münasibətdə ədalətin bərqərar olması üçün önəmlidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu