Rus “komandos”ları Ukrayna ordusuna MÜRACİƏT ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Silahlı Qüvvələrinin üç nəfər xüsusi təyinatlısı Ukraynanın Silahlı Qüvvələrinin mənsublarına müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə bildirilir:
“Biz amerikalı deyilik, sizə demokratiya gətirmirik. Əgər demokratiyanız varsa, ona toxunmayacağıq. Ukrayna ukraynalılarda qalacaq. Sizi əcnəbilərə satan rejimi ən yaxın zamanda hakimiyyətdən məhrum edəcəyik. Həyatınzı bu murdarlara görə puç etməyin. Həyatınızı ölkəniz, yaxınlarınız üçün qoruyun. Bizə toxunmayın, biz də sizə toxunmarıq.
İndikindən pis hakimiyyətiniz artıq ola bilməz. Rusiyanı düşmən adlandıraraq və buraya NATO-nu çağıraraq onlar bizdə seçim imkanı qoymadılar. Biz düşmən deyilik. Az qalıb – hər şeyə özünüz əmin olacaqsınız”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.