Azərbaycandan Ukraynaya növbəti yardım göndərilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycandan Ukraynaya humanitar yardım aparan ikinci təyyarə yola salınır.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilir. Bu gün səhər saatlarında tibbi vasitələrin yükləndiyi ilk təyyarə yola düşüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.