Türkiyə və Azərbaycana üz tutdular
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın işğal əməliyyatlarından sonra Şimal Axını 2 layihəsinin təxirə salınması Türkiyəni bu sahədə strateji ölkəyə çevirib
Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, türkiyəli ekspert Gürkan Kumbaroğlu bildirib ki, bundan sonra Avropa Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) və Azərbaycanın təbii qazının nəql olunduğu Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) daha çox maraq göstərəcək. Hər iki boru xəttinin Türkiyədən keçdiyinə diqqət çəkən ekspertin sözlərinə görə, Avropa TAP və TANAP-ın tutumunun artırılmasını nəzərdən keçirəcək.
Həmçinin Aralıq dənizindəki İsrail və Misir qazının Türkiyə üzərindən Avropaya çatdırılması planları gündəmə gələcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.