Mariya Stadnik Azərbaycana təşəkkür edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik instaqram hesabında yeni paylaşım edib.
Metbuat.az xəbər verir ki, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.
Stadnik dəstəyə görə, Azərbaycan xalqına təşəkkür edib.
Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.