fbpx

Kanada Ukraynaya əlavə 25 milyon dollarlıq hərbi yardım göndərir

BEY.AZ informasiya agentliyi xəbər verir


Kanada Ukraynaya əlavə 25 milyon dollarlıq hərbi yardım göndərəcək.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli və milli müdafiə naziri Anita Anand birgə mətbuat konfransında bildirib.

Ukraynanın Kanadadan hərbi yardım kimi qaz maskaları, zirehli geyim, gecə görmə cihazları və dəbilqələr istədiyi bildirilib.

Kanada Silahlı Qüvvələrinin NATO səyləri çərçivəsində ən azı iki həftəlik iki C-130J taktiki təyyarə və 40-50 personalını Avropaya göndərəcəyi bildirilib.

“Biz öz müttəfiqlərimizlə birlikdə Ukrayna hərbi personalının uyğun təchizatla təmin edilməsi üçün işləyirik. Polşada biz zəruri hərbi materialların gecikmə olmadan çatdırılması üzərində tərəfdaşlarımızla birgə işləyirik”, – Coli qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin