Bakıda mənzillərin qiyməti kəskin UCUZLAŞACAQ
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiyadakı mövcud vəziyyətlə əlaqədar olaraq orada yaşayan soydaşlarımız öz bizneslərini ayaqda tutmaq üçün qısa bir zamandan sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqlar”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı əmlak üzrə tanınmış ekspert Elnur Fərzəliyev bildirib. Ekspert deyir ki, yaşanacaq bu vəziyyət kütləvi hal alarsa daşınmaz əmlakların satış qiymətlərində ciddi enmələrə səbəb olacaq.
“Belə bir situasiya 2015-2016 cı illərdə devalivasiya zamanı rublun qiymətinin kəskin düşməsi dövründədə baş vermişdi. Rusiyada təxminən 2,5 milyon azərbaycanlı yaşayır. Bu ümumi Azərbaycan əhalisinin 25 faizi deməkdir. Rusiyaya tətbiq olunan sanksiyalar böyük ehtimal orada yaşayan həmvətənlərimizim maddi vəziyyətlərinin pisləşməsinə səbəb olacaq. Nəticədə onların biznesləri ciddi zərbə alacaqdır. Düşünürəm ki, Azərbaycanda, xüsusəndə paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlak alıcılarının böyük bir hissəsi xaricdə, xüsusəndə Rusiyada yaşayan soydaşlarımızdı. Onların da belə anda atacağı addımlar siyahısında əmlaklarını dəyər-dəyməzə satmaq olacaqdır”.
E.Fərzəliyev onu da qeyd etdi ki, Rusiyaya tətbiq olunan sanksiyalar dolayısı yolla Azərbaycana da öz mənfi təsirini göstərəcək. Bu amil özünü tikinti sektorunda aktiv şəkildə göstərəcəkdir. Nəyinki daşınmaz əmlak hətta tikinti materiallarının qiymətində də ciddi artımlar müşahidə edilə bilər.
– Əgər Rusiyada yaşayan azərbaycanlılar əllərində olan kapitalı Azərbaycan iqtisadiyyatına yatırmaq istəsələr o zaman vəziyyət dəyişə bilərmi?
“Mövcud vəziyyətdə bu mümkün olmuyacaqdır. Çünki Rusiyanın ümumi iqtisadi vəziyyəti ilə Azərbaycandakı vəziyyət tam fərqlidi. Orada biznes şərtləri daha rahat və əhali sayı daha çoxdur. Bu da biznesi gəlirli edən ən mühüm səbəb sayılır”.
İqtisadçı Eldəniz Əmirov isə deyir ki, Rusiyada çalışan azərbaycanlıların fəaliyətlərinə aid olan təsir təkcə onların gəlirlərinin azalmasında deyil, eyni zamanda Azərbaycanda yaşayan ailələrinin də həyat şəraitinə ciddi yansıyacaq.
“Amma düşünmürəm ki, bu sanksiyalar azərbaycanlıların Rusiyadan çıxıb Azərbaycana üz tutmasına gətirib çıxarmayacaq. 30 ilin təcrübəsi onu göstərir ki, ən böhranlı situasiyalarda azərbaycanlılar vəziyyətə uyğun alternativ yollar taparaq Rusiyada olan biznes fəaliyyətlərini bu və ya digər formalarda quraraq yenidən çalışmışlar. Çünki biznes-ticarət bizim qanımızda var. Ən təbii çətinliklərdə belə çıxış yolu tapıb, beş manatlarını qazanırlar. Yetər ki, subyektiv amillər başının üstünü kəsdirməsin”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.