“Sberbank” Avropa bazarını tərk edir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Sberbank” Avropa bazarından çıxdığını elan edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb .
Hesabatda qeyd edilir ki, Rusiya Federasiyası Mərkəzi Bankının göstərişi ilə “Sberbank of Russia” Avropanın törəmə banklarına likvidlik verə bilməyəcək.
Xatırladaq ki, Avropa İttifaqı Rusiya Federasiyası Mərkəzi Bankına qarşı rəsmən sanksiyalar tətbiq edib .
Avropa Mərkəzi Bankı xəbərdarlıq edib ki, Rusiyanın dövlətə məxsus “Sberbank”ın Avropadakı törəmələri sanksiyalara görə tezliklə iflasla üzləşəcək.
Bundan əlavə, daha əvvəl Cənubi Koreya sanksiyaları və “Sberbank” ilə əməkdaşlığı dayandırdığını açıqlamışdı. Böyük Britaniya da “Sberbank”a qarşı sanksiyalar tətbiq edib.
Həmçinin , Avropa İttifaqı Şurası Aİ-yə üzv olan 27 ölkənin xarici işlər nazirləri səviyyəsində müəyyən sayda Rusiya bankının SWIFT-dən çıxarılmasını təsdiqləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.