fbpx

Təzyiq davam etsə Putin “İran planı”nı işə salacaq: Vəziyyəti alt-üst edən həmlə…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya prezidenti Vladimir Putin Qərbin sərt sanksiyalar tətbiq edəcəyini gözləyirdi. Lakin sanksiyaların belə irimiqyaslı olacağını güman etmirdi”.

Metbuat.az xəbər verir ki, türkiyəli ekspert Hasan Ünal belə açıqlama verib. O bildirib ki, Putinin Qərbin təzyiqini zərərsizləşdirmək üçün bir neçə vasitəsi var və Kreml rəhbəri hələlik onların hamısını işə salmayıb. Onun sözlərinə görə, Rusiya Avropanı enerji ilə təmin edir. Kreml məhdudiyyət tətbiq edərsə, bu enerji böhranına yol açar. Avropanın qısa müddət ərzində bu böhrandan çıxmaq üçün planı yoxdur:

“Rusiyanın 650 milyard dollar ehtiyatlarının yarısı xaricdədir. Qərb bu ehtiyatları ələ keçirməyə çalışarsa, Rusiya İrana yönəlik nüvə sanksiyalarından imtina edər. Nəticədə İranın nüvə silahı əldə etməsi üçün maneə aradan qalxar. Bu vəziyyət İsraili narahat etdiyinə görə, səssiz qalıb.

Rüya tabirlerini burdan oku

Moskva dövlət universitetinin elm adamı İkbal Dürre isə bildirib ki, bəzi dairələrdə Putinin Qərb tərəfindən tələyə salındığı və iki qardaş xalqın üz-üzə gətirildiyi fikirləri formalaşıb. Ekspert hesab edir ki, Putin dünyada yeni nizamın və təhlükəsizlik konseptinin formalaşması üçün Ukraynaya müdaxilə etməkdən başqa yolu yox idi. Onun sözlərinə görə, Rusiyanın A planı iki-üç gün ərzində Ukrayna rəhbərliyinin hücumlardan şoka düşərək hakimiyyətdən gedəcəyi ilə bağlı idi. Bu baş tutmadığına görə, ruslar B planını işə salıb. B planı isə Rusiya əməliyyatları bir neçə həftə ərzində həyata keçirərək, sonda zəfər əldə etməkdir. Elm adamı bildirib ki, Rusiya iqtisadi cəhətdən çətin günlər keçirsə də, embarqolara qarşı strategiya hazırlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu