fbpx

Sabahın hava proqnozu AÇIQLANDI: 18 dərəcə isti olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin