fbpx

Avro və dolların məzənnəsi tarixi yüksəlişdədir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Moskva birjasında rublun dollara və avroya nisbətdə məzənnəsi enişi sürətlənib.

Metbuat.az “İnterfax.ru”ya istinadən xəbər verir ki, ABŞ dolları və avro yenidən tarixi zirvələrini yeniləyib. Moskva birjasında dolların məzənnəsi tarixi maksimumları yeniləyərək 110 rublu, avronun məzənnəsi isə 122 rublu keçib.

Ekspertlərinin fikrincə, rubl ticarətin əvvəlində qısamüddətli müsbət korreksiyadan sonra dollar və avroya nisbətdə aktiv enişini bərpa edərək, hazırda hər iki valyuta qarşısında tarixi minimumları yeniləyib. İnvestorlar isə Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyatın və Qərbin Rusiya Federasiyasına qarşı sərt iqtisadi sanksiyalarının mümkün nəticələrini qiymətləndirməkdə davam edirlər.

Rüya tabirlerini burdan oku

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının maliyyə sabitliyini təmin etmək üçün əlavə müvəqqəti iqtisadi tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmandan irəli gələrək Rusiya Federasiyası hüquqi şəxslərə və fond bazarına münasibətdə valyuta nəzarəti tədbirləri ilə yanaşı, fiziki şəxslərə də məhdudiyyətlər qoyur.

“2022-ci il martın 2-dən 10.000 ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanmış nağd xarici valyutanın və (və ya) xarici valyutada olan pul alətlərinin Rusiya Federasiyasından çıxarılması qadağan edilsin”, – Putinin fərmanında belə deyilir.

Həmçinin bildirilir ki, bundan sonra Rusiyaya “dost olmayan” dövlətlərin qeyri-rezidentləri Rusiya Federasiyasında əməliyyatlar, o cümlədən rubl kreditləri cəlb etmək üçün hökumət komissiyasından icazə almalıdırlar.

Qeyd edək ki, indiyədək Rusiyadan valyuta ixracına heç bir məhdudiyyət yox idi: sadəcə olaraq 10 min dollardan yuxarı məbləğlərin bəyan edilməsi, həmçinin çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində 100 min dollardan nağd pulun mənşəyinin izah edilməsi tələbi var idi.

Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 1 rus rublu azalaraq 0,0155 manat təşkil edib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu